BolgeXeber.Com » Ölkə » Azərbaycanda meyitdən götürülən orqanların SİYAHISI genişləndirilir
Azərbaycanda meyitdən götürülən orqanların SİYAHISI genişləndirilir
16-08-2018, 09:44
Oxunub: 2 370
Azərbaycanda "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna dəyişikliklər hazırlanır.
Dəyişikliklər haqqında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, bütün dünyada orqan köçürülməsinin təxminən 85-90 faizi meyitdən götürülən orqanların hesabına həyata keçirilir:
"Azərbaycanda isə meyitdən orqan köçürülməsi olmadığına görə bütün transplantasiyalar canlı insandan götürülən orqanların hesabına həyata keçirilir. Bu da bir tərəfdən donor üçün riskdir, digər tərəfdən geniş şəkildə transplantasiya həyata keçirməyə imkan vermir, yəni canlı insan yalnız cüt orqanlarını, tutaq ki, böyrəyinin birini, bir də bərpa olunan orqanını, yəni qaraciyəri verə bilər, ancaq digər orqanların canlı insandan transplantasiyası mümkün deyil. Ona görə də bu sistemin qurulması çox vacibdir".
M.Quliyev bildirib ki, artıq 15 ilə yaxındır ki, Azərbaycanda orqan köçürülməsi həyata keçirilsə də, indiyə qədər meyitdən orqan götürülməsi işi qurulmayıb: "Bu işi qurmaq üçün qanunvericilikdə hüquqi bazanın yaradılması lazımdır. Bunu həyata keçirmək üçün yaradılan işçi qrupu qanunvericilikdə meyitdən orqan götürülməsinin qaydaları və şərtlərini, razılıq vermə qaydalarını, klinikalar qarşısında texniki tələbləri və s. məsələləri müəyyənləşdirir. Bu məsələlər öz həllini tapmalıdır. Digər tərəfdən mövcud "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanun 1999-cu ildə qəbul olunub. Ö dövrdə bütün dünyada transplantasiya haqqında təsəvvürlər indiki qədər geniş deyildi, həm də son illərdə elmi-texniki yeniliklər baş verib və biz onları da qanuna əlavə etməliyik. O cümlədən orqan bankının, donorların və donorluğa ehtiyacı olan şəxslərin reyestrinin yaradılması vacib məsələdir. Bundan əlavə mövcud qanunda köçürülməli olan orqanların dar siyahısı, yəni böyrək, qaraciyər, gözün buynuz qişası yer alıb. Ancaq indi ürək, ağciyər kompleksi, sümük əzələ kompleksi, mədəaltı vəzin bir hissəsi, uşaqlıq və s. olmaqla köçürülməli olan orqanların siyahısı da genişləndirilir və bu istiqamətdə iş gedir".
M.Quliyev vurğulayıb ki, bu işlər yekunlaşdıqdan sonra dəyişikliklər parlamentin Səhiyyə komitəsində müzakirə olunaraq Milli Məclisə tövsiyə ediləcək.
Deputat qeyd edib ki, bu işi təkcə qanunvericiliklə həyata keçirmək mümkün deyil, bununla yanaşı maarifləndirmə də aparılmalıdır:
"İllər lazım olacaq ki, maarifləndirmə işi getsin, tanınmış, nüfuzlu adamlar qabağa düşüb öz orqanlarını sağlığında vəsiyyət etsin və s. Belə nümunələr olmalıdır ki, insanlar orqan bağışlamaqdan çəkinməsinlər".
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər