BolgeXeber.Com » Xəbərlər » Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşları qəbul edəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşları qəbul edəcək

16-08-2018, 10:55
Oxunub: 1 615 Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Ağsuda vətəndaşları qəbul edəcəkAzərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov avqustun 24-də Ağsu rayonunda vətəndaş qəbulu keçirəcək

Komitədən Bolgexeber.com-a bildirilib ki, qəbulda Ağsu rayonu ilə yanaşı, Şamaxı və Qobustan rayonlarından olan vətəndaşların yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 10:00-da Ağsu şəhərində yerləşən Uşaq Yaradıcılıq Mərkəzində təşkil olunacaq.

Qəbul zamanı komitənin fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri, torpaqlardan istifadə qaydaları ilə bağlı həmin bölgələrin əhalisinin müraciətlərinə baxılacaq. Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və ya komitənin aparatının (012) 490 24 08 (daxili 200 və 105), Əmlak Məsələləri Dövlət Komitəsinin Şamaxı ərazi şöbəsinin (02026) 5-10-76, 5-75-06 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı ərazi idarəsinin (02026) 5 01 07, (02022) 6-55-14 nömrələri ilə əlaqə saxlaya bilər.