BolgeXeber.Com » Xəbərlər » Bakıda dayanacağın ətrafı belə zəbt edildi - Şüşələr qırıldı... (FOTO)

Bakıda dayanacağın ətrafı belə zəbt edildi - Şüşələr qırıldı... (FOTO)

16-08-2018, 11:47
Oxunub: 2 308 Bakıda dayanacağın ətrafı belə zəbt edildi - Şüşələr qırıldı... (FOTO)Bakının Xətai rayonu, İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilib.

Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev unikal.org-a bildirib ki, bununla bağlı daxil olan vətəndaş müraciəti əsasında əraziyə baxış keçirilib. Müəyyən edilib ki, məlum olmayan səbəbdən dayanacaq məntəqəsinin ətrafı hasarlanıb. Nəticədə dayanacaq pavilyonunun şüşələri qırılıb, dirəklər zədələnib.

Onun sözlərinə görə, dayanacağın ətrafı hasarlandığından sərnişinlərin məntəqəyə gəlişi təhlükəli hal alıb: "Belə ki, bunun üçün sərnişinlər məcburi qaydada yolun hərəkət hissəsinə çıxırlar ki, bu da onların təhlükəsizliyi baxımından ciddi problemdir".

M.Ağayev qeyd edib ki, vəziyyətlə bağlı müvafiq tədbir görüləcək: "Məsələ Bakı Nəqliyyat Agentliyinin nəzarətindədir".
Bakıda dayanacağın ətrafı belə zəbt edildi - Şüşələr qırıldı... (FOTO)
Bakıda dayanacağın ətrafı belə zəbt edildi - Şüşələr qırıldı... (FOTO)