BolgeXeber.Com » İqtisadiyyat » Türkiyədə dollar 1 həftə öncəki səviyyəsinə düşdü

Türkiyədə dollar 1 həftə öncəki səviyyəsinə düşdü

16-08-2018, 11:56
Oxunub: 3 639 Türkiyədə dollar 1 həftə öncəki səviyyəsinə düşdüQətərin Türkiyəyə 15 milyard dollar sərmayı qoyacağı ilə bağlı yayılan xəbərin ardından dollar sürətlə ucuzlaşmağa başlayıb

Qaynarinfo xəbər verir ki, dollar günə 5,80 səviyyəsində başlayıb. Avronun məzənnəsi isə 6,60 lirə olub.
Qeyd edək ki, dünən Türkiyə Qətər ilə sərmayə qoyuluşu ilə bağlı masaya əyləşib. Qətər əmiri Əl-Təmim Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşün ardından Qətərin Türkiyəyə 15 milyard dollar sərmayə qoyulacağı açıqlanıb.
Bu gün isə Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak təxminən 4 min xarici investorla telekonfrans edəcək.