BolgeXeber.Com » Xəbərlər » DİM-in sistemində boşluq: 596 bal yığdı, amma heç bir yerə qəbul olmadı

DİM-in sistemində boşluq: 596 bal yığdı, amma heç bir yerə qəbul olmadı

16-08-2018, 12:09
Oxunub: 2 270 DİM-in sistemində boşluq: 596 bal yığdı, amma heç bir yerə qəbul olmadıAzərbaycanda Əsgəri İbrahim Əli oğlu adlı abituriyent qəbul imtahanında 596 bal yığmasına və seçdiyi ixtisasların bir çoxuna tələb olunan keçid balını keçsə də heç bir yerə qəbul ola bilməyib.

Bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. O, 15 illik təcrübəsində ilk dəfədir ki, belə bir halla qarşılaşdığını bildirib. Ekspert buna görə, Dövlət İmtahan Mərkəzini ittiham edib.

"Çox təəccüblü bir məsələ ilə qarşılaşdım. Mənə bir abituriyent müraciət edib. Deməli, bu şəxs 596 bal toplayıb. Seçdiyi ixtisaslardan bir neçəsinə tələb olunan keçid balı keçsə də heç bir yerə qəbul olmayıb. Yəni 15 illik təcrübəmdə belə şey görməmişəm. Elektron ərizəsində görünür ki, seçdiyi neçə yerin keçid balını keçib. Amma heç bir yerə daxil olmayıb. Deyəsən DİM sürüşdürüb", - deyə o, bildirib.
DİM-in sistemində boşluq: 596 bal yığdı, amma heç bir yerə qəbul olmadı