BolgeXeber.Com » Siyasət » Sarqsyanı dindirəcəklər

Sarqsyanı dindirəcəklər

16-08-2018, 17:05
Oxunub: 2 442 Sarqsyanı dindirəcəklərErmənistanın eks-prezidenti Serj Sarqsyan 1 mart 2008-ci ildə Yerevanda baş vermiş hadisələrə görə dindiriləcək, Ermənistan Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan hökumətin iclasından sonra jurnalistlərə bildirib.

Bu barədə Oxu.Az “Sputnik Armeniya”ya istinadən xəbər verir.

“Zərurət olduqca, ifadələri istintaq və işin üstünün açılması üçün faydalı ola biləcək hər kəs dindiriləcək. Lakin bunun nə zaman baş verəcəyini, məlum səbəblərdən, açıqlamayacağam”, - deyə Xaçatryan deyib və əlavə edib ki, “Serj Sarqsyan da dindiriləcək”.

Lakin Xaçatryan qeyd edib ki, “qərarı müstəntiqlər qəbul edəcəklər. Onlar özləri istintaq taktikalarını seçməlidirlər. Və bu və ya digər şəxsin dindirilməsi kimi məqsəd dayanmayıb. Əsas istintaq üçün faydalı olmaqdır”.