BolgeXeber.Com » İdman » "Qarabağ"ın rəqibi bəlli oldu: tanışla yenidən üz-üzə...

"Qarabağ"ın rəqibi bəlli oldu: tanışla yenidən üz-üzə...

17-08-2018, 09:27
Oxunub: 2 796 "Qarabağ"ın rəqibi bəlli oldu: tanışla yenidən üz-üzə...Bu gün Avropa Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

Qol.az-ın xəbərinə görə, keçiriləcək 36 qarşılaşma ilə pley-off mərhələsinə yüksələn komandalar bəlli olacaq.

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində BATE ilə mübarizədən məğlub ayrılaraq turnirlə vidalaşan “Qarabağ”ın da Avroliqanınn pley-off-undakı rəqibi müəyyənləşəcək. Ağdam təmsilçisi "Valür” (İslandiya) - "Şerif" (Moldova) cütünün qalibi ilə qarşılaşacaq. Moldovada keçirilən ilk görüşdə “Şerif” 1:0 hesablı qələbə qazanıb. Bu dəfə isə komandalar İslandiyada üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 23-də və 30-da oynanılacaq.

***

"Qarabağ" Moldovanın "Şerif" komandası ilə üz-üzə gələcək. "Şerif" səfərdə "Valür"ə 2-1 uduzmasına baxmayaraq, pley-offa yüksəlib. Ötən il "Şerif" "Qarabağ"la ÇL-nin 3-cü təsnifat mərhələsində qarşılaşmış, təmsilçimiz bu görüşlərdən üzüağ çıxmışdı.