BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

17-08-2018, 09:50
Oxunub: 2 515 Azərbaycan nefti ucuzlaşıbCIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 71,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,15 dollar/barel azdır

Bu barədəölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 15-də 70,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,16 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 15-də 67,41 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 2,19 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 15-də 68,87 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,22 dollar/barel azdır.