BolgeXeber.Com » Bölgə » Şamaxıda 7 ailəni evindən edən təbii fəlakət – VİDEO

Şamaxıda 7 ailəni evindən edən təbii fəlakət – VİDEO

17-08-2018, 14:53
Oxunub: 3 132 Şamaxıda 7 ailəni evindən edən təbii fəlakət – VİDEOŞamaxıda yenə torpaq sürüşməsi baş verib.

ARB TV xəbər verir ki, hadisə Şamaxı şəhər 48-a məhəlləsində Hacıbaba Kərimovun yaşadığı həyətdə qeydə alınıb.

Ev sahibinin dediyinə görə aktivləşən sürüşmə hasarı uçurub. Sürüşmə şəxsi təsərrüfata ziyan vurub və yaxınlıqda olan yaşayış evinə istiqamət alıb. Məsələ ilə bağlı aidiyyatı qurumlara məlumat verilib.

Qeyd edək ki, bu ərazidə torpaq sürüşməsi 3 ilə yaxındır ki, davam edir. Məhəllədə yerləşən 13 ev təhlükə ilə üz-üzədir. Hazırda 7 ailə öz evində yaşamır.