XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Milləti şadlıq evlərinin əsarətindən qurtarmaq lazımdır - Deputat

Milləti şadlıq evlərinin əsarətindən qurtarmaq lazımdır  - DeputatNaxçıvan toylarında israfçılığın qarşısının alınması üçün tədbirlərə başlanması barədə saytlarda məlumat yayılıb

Bildirilir ki, Naxçıvan toylarında bundan sonra yemək verilməyəcək.

Bolgexeber.com saytı xəbər verir ki, millət vəkili Fazil Mustafa məsələyə münasibət bildirib: "Naxçıvanda toylarda israfçılığın qarşısının alınması üçün verilən qərar barədə xəbər doğrudursa, birmənalı dəstəkləyirəm. Öz mədəni həyatını doğru qura bilməyən cəmiyyətlərin inzibati yolla sağlam yaşam tərzinə alışdırmaqdan başqa yol qalmır. Toy, yas mərasimləri qarın otarmaq yeri deyil, yeni qurulan ailələrə, həyatdan köçənlərin yaxınlarına dəstək yeridir. Kimsəni xərcə, sıxıntıya salmadan əylənmək də olar, kədərlərinə şərik olmaq da. Nəhayət ki, bu vəhşi toy adətimizdən, qeyri-mədəni yas mərasimlərimizdən qurtulmanın yolu tapılmalıdır. Hələ toy səviyyəsində keçirilən xınayaxdı, çiyər axşamı kimi tədbirlər də maddi və vaxt israfının mənasız formalarıdır. Yüksək məbləğə toya dəvət edilən müğənninin canlı səsini duymaq olmur, ancaq təkcə özünü nümayiş etdirməyə görə azərbaycanlı ona səxavətlə pul ödəyir. Harınlar üçün, şöhrətpərəstlər üçün kifayət qədər alternativlər var, Las-Veqas, Kanar adaları, Mardan Palas, onlarla başqa qapalı ehtişamlı məkanlar, buyurub toylarını, məclislərini keçirsinlər, atəşfəşanlıq etsinlər, pullarını istədikləri qədər israf etsinlər. Normal ailə qurmaq istəyən sadə çoxluq üçün bu mərasimlər sadələşdirilməlidir, pullar yeni qurulan ailənin dirçəldilməsi üçün sərf olunmalıdır".

"Şadlıq evləri mafiyasının əsarətindən milləti qurtarmaq lazımdır. Yas mərasimləri də hansısa ailənin üzüntü içində olan insanları üçün dəstək və kədərə şərik olma xarakteri daşımalıdır. Yoxsa borc içində batıb gələnləri yola salmağa müqəddəs vəzifə kimi baxan bir obrazdan insanlarımızı qurtara bilməyəcəyik. Sevinmək də lazım, kədərlənmək də, bu insan təbiətinə aid bir gerçək duyğulardır, ancaq sevinc və kədəri bir tərəfə buraxıb özünə mənasız yerə əzab vermək, özünü maddi sıxıntıya soxmaq axmaqlıqdan başqa bir şey deyildir",-deyə millət vəkili vurğulayıb.
Bölmə: Analitika | 17 avqust 2018 16:29 | Baxış sayı: 549





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: