BolgeXeber.Com » Xəbərlər » “Kontakt Home” müştəriləri belə aldadır – GİLEY

“Kontakt Home” müştəriləri belə aldadır – GİLEY

17-08-2018, 16:35
Oxunub: 3 052 “Kontakt Home” müştəriləri belə aldadır – GİLEYŞikayətçi Savalanov Namil “Azad İstehlakçılar ” İctimai Birliyinin sədri Eyyub Hüseynova ərizə ünvanlanıb, sədr şikayəti Facebook ünvanında paylaşıb

Ərizədə deyilir:

“ 21.04.2017 tarixində Kontakt Home mağazasından HOFFMANN NEO A300 markalı telefonu kreditlə aldıq və bizdən “Qızıl zəmanət” üçün 20 manat tələb olundu, ödədik. Ödənişlər üçün verilmiş qəbzlər saxtadır, rəsmi maliyyə sənədi deyil. Telefonu aldıqdan 10 gün sonra telefondan qızmalar baş verdi, hətta o dərəcə qızmalar olurdu ki, telefonu qulağıma aparanda qulağım yanırdı. Mağazaya yaxınlaşıb telefonu dəyişmələrini istədiyimi, telefonun problemli olduğunu dedim. Bildirildi ki, telefonu dəyişməyə ixtiyarları yoxdur və mənə servisə müraciət etməyi təklif etdilər. Telefonu Kontak Home-nin servisinə apardım, 20 gün servisdə qalandan sonra telefonu götürdüm. Amma 5 gün sonra yenə eyni hal baş verdi. Bir neçə dəfə servisə getdim, hər dəfə telefonu 20 gün saxlayıb mənə verdilər 5 gün sonra telefon yenə dəhşətli qızırdı telefon. Servisdən səbəbini soruşanda isə bu telefon markasının zavoddan deffektli gəldiyini və detallarının olmadığını dedilər. Sonuncu dəfə telefonu servisə aparanda, artıq istəmədiyimi və mağazaya təhvil verməklərini xahiş etdim. Amma hələ də mənə Kontak Home-dən krediti ödəməklə bağlı zənglər gəlir. Yararsız və məndə olmayan telefona görə necə kredit ödəyim?”

Məsələ ilə bağlə “Kontakt Home” ilə əlaqə saxladıq. Şəbəkədən bildirildi ki, redaksiyamızla biraz sonra əlaqə saxlayıb öz mövqelərini bildirəcəklər. \\aznews.az\\