BolgeXeber.Com » Ölkə » Prezident İlham Əliyev Lənkəranda yol tikintisinə 9,1 milyon manat ayırıb

Prezident İlham Əliyev Lənkəranda yol tikintisinə 9,1 milyon manat ayırıb

17-08-2018, 20:06
Oxunub: 3 180 Prezident İlham Əliyev Lənkəranda yol tikintisinə 9,1 milyon manat ayırıbPrezident İlham Əliyev avqustun 17-də “Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Bolgexeber.com xəbər verir ki, yeddi min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Hirkan–Daştatük–Biləsər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.