BolgeXeber.Com » Dünya » Dünyanın ən cazibədar milləti seçildi

Dünyanın ən cazibədar milləti seçildi

18-08-2018, 10:49
Oxunub: 3 898 Dünyanın ən cazibədar milləti seçildiAraşdırma iştirakçılarının 35 faizinin fikrincə, dünyada ən seksual kişilər rus kişilərdir

Dünyada ən cazibədar və seksual millət ruslar seçilib. Bu, Badoo beynəlxalq tanışlıq xidmətinin apardığı sorğular əsasında müəyyən edilib. Sorğuda iştirak edənlərin 39 faizi bu qənaətdədir.

Xidmətin araşdırmasına Rusiyanın müxtəlif regionlarından 18-35 yaş arası qadın və kişilər qəbul edilib. Araşdırma iştirakçılarına 40 ölkədən ən cazibədar milləti seçmək təklif edilib. Siyahıya İtaliya, İspaniya, Fransa, Tunis, Türkiyə, Xorvatiya, Yunanıstan və s. ölkələr daxil edilib.

Rusiyalı kişilərin fikrincə, ən gözəl qadınlar rus qadınlardır. İştirakçıların 55 faizi belə hesab edib. Bir qrup iştirakçı isə Braziliya qadınlarını seksual hesab edib.

Araşdırma iştirakçılarının 35 faizinin fikrincə, dünyada ən seksual kişilər rus kişilərdir. Siyahıda ikinci yeri ispanlar, 3-cü yeri isə italyan kişilər tutub.

Xidmətin ekspertləri hesab ediblər ki, böyük siyahı olmasına baxmayaraq, rus qadın və kişilər böyük fərqlə irəlidə olub.

Qeyd edək ki, onlayn tanışlığa həsr olunmuş beynəlxalq sosial şəbəkə olan Badoo (Android və iOS üçün mobil proqram) 2006-cı ildən mövcud olan deytinq servisidir, burada dünyanın 180 ölkəsindən 197 milyon adam qeydiyyatdan keçib. İstifadəçilər 41 dildə ünsiyyət qururlar./sputnik.az