BolgeXeber.Com » Dünya » Dünyanın ən kasıb prezidenti təqaüddən də imtina etdi

Dünyanın ən kasıb prezidenti təqaüddən də imtina etdi

18-08-2018, 14:31
Oxunub: 4 630 Dünyanın ən kasıb prezidenti təqaüddən də imtina etdiSadə və kasıb həyat tərzinə görə “Dünyanın ən yoxsul prezidenti” ləqəbi ilə tanınan Uruqvayın keçmiş prezidenti Xose Muxika ona ayrılan senatorluq təqaüdündən imtina edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, prezidentlik müddəti bitdikdən sonra 2015-ci ildən Uruqvay Senatına seçilən Muxika bu ilin avqustun əvvəlindən postunu tərk edib. 2020-ci ilədək senat olmaq hüququ qalan eks-prezident öz ərizəsi ilə vəzifəsindən gedib. O, təqaüdündən də imtina edib.

83 yaşlı Muxika ömrünün 14 ilini hərbi həbsxanalarda keçirib. Kasıb həyat tərzi sürən Xose prezident olduğu müddətdə xanımı ilə paytaxt Montevideonun yaxınlığındakı fermada yaşayıb. Muxika gəlirlərinin 90%-ni xeyriyyə məqsədilə xərcləyib.