Dollar lirəyə nisbətdə revanş götürdü – “Fitch” xəbərdarlıq etdi
18-08-2018, 14:32
Oxunub: 2 521
ABŞ və Türkiyə arasındakı gərginliyin valyuta bazarına təsiri davam edir. Bu gün səhər saatlarına 5,81 lirədən əməliyyat görən dollar günün ikinci yarısında revanş götürərək 6.10 lirəyə yüksəldi
Avropa Birliyinin vahid valyutası 6.98 lirə, sterlinq isə 7.82 lirə təşkil etdi.
Oxu.Az xəbər verir ki, Türkiyənin bank bazarını tənzimləyən qurum – BDDK məzənnədəki spekulyativ dalğalanmanı önləmək üçün daha bir addım atıb. Belə ki, BDDK bankaların türk lirəsi alışı əməliyyatlarına 25 faiz məhdudiyyət tətbiq edib.
BDDK-nın qərarından sonra dolların məzənnəsindəki artım səngiyib.Türkiyə vaxtı ilə 21-22 saatlarına dolların alış məzənnəsi 6,0330 lirə, satış isə 6,0420 lirə olub.
Bu arada beynəlxalq kredit reytinqi agentliyi “Fitch Ratings” Türkiyənin həyata keçirdiyi tədbirlərin etibarı bərpa etmək üçün yetərsiz olduğunu açıqlayıb.
Agentlik türk lirəsinin dəyərdən düşməsinin siyasətə inamın artıması, Mərkəzi Bankın müstəqilliyi və daha yavaş iqtisadi artıma keçid ilə dayandırıla bilinəcəyini qeyd edib:
“Beləliklə, TL daha sabit pul vahidi halına gələcək”.
“Fitch” Qətərin Türkiyəyə 15 milyard dollar birbaşa investisiya edəcəyi xəbərinin lirənin dəyər qazanmasını təmin etdiyini, ancaq, investisiya qoyuluşunun vaxtının və detallarının hələ açıqlanmadığını da irəli sürüb.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər