loading...
XƏBƏR LENTİ
Sabah yağış yağacaq
18 sentyabr 15:04
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Süpürgəçi qadın huşunu itirdi: "Müdirdən icazə istədi, o da vermədi" (FOTO)

Süpürgəçi qadın huşunu itirdi: "Müdirdən icazə istədi, o da vermədi" (FOTO)Suraxanı-Zığ şosesində süpürgəçi qadının vəziyyəti pisləşib.

Qaynarinfo xəbər verir ki, bu barədə Ramin Rəfizadə adlı istifadəçi sosial şəbəkə hesabında məlumat verib.

"Suraxanı Zığ yolunda süpürgəçi qadının yerdə çabaladığını gördüm. Maşını tez saxlayıb yardım etməyə çalışdım. Ağzından köpük gəlirdi. Onunla bərabər çalışan qadından soruşdum ki, əvvəllər belə hadisələr olub? Deyir yox. Qadın bu gün özünü çox pis hiss edirdi, müdirdən icazə istədi, o da vermədi, nəticəsi də budur", - deyə o qeyd edib.

Məsələ ilə əlaqədar Suraxanı İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bununla bağlı heç bir məlumatlarının olmadığı və həmin ərazidə çalışan süpürgəçi qadınların 1 saylı Xüsusi Təyinatlı MKTB-nin işçiləri olduğu bildirilib.

1 saylı Xüsusi Təyinatlı MKTB və həmin ərazi üzrə 135 saylı Mənsil Kommunal-istismar Sahəsi ilə əlaqə yaratmağımız isə mümkün olmadı.
Süpürgəçi qadın huşunu itirdi: "Müdirdən icazə istədi, o da vermədi" (FOTO)
Bölmə: Xəbərlər | 18 avqust 2018 16:12 | Baxış sayı: 81





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: