BolgeXeber.Com » Dünya » Sevgi faciəsi: dünyaca məşhur idmançı sevgilisini güllələdi-Foto

Sevgi faciəsi: dünyaca məşhur idmançı sevgilisini güllələdi-Foto

14-02-2013, 12:40
Oxunub: 4 631 Cənubi Afrika Respublikasından (CAR) olan dünyaca məşhur paralimpiyaçı, iki ayağı da protez olmasına rəğmən, yüngül atletika yarışlarının ulduzuna çevrilmiş Oskar Pistorius həbs olunub.
O, evə gələn sevgilisini səhvən quldur sayaraq qadını gülləyərək qətlə yetirib.

Milli.Az Beeld-ə istinadən bildirir ki, hadisə dünən gecə baş verib. Polisdən verilən məlumata görə, Yohannesburq yaxınılığındakı Pretoriyadakı malikanəsində yaşayan 26 yaşlı Oskar Pisterius səhər saat 4-də evə gələn sevgilisi, 30 yaşlı Riva Stinkempi quldur sayaraq ona dəfələrlə atəş açıb.

Riva Stinkemp sabiq supermodel, FHM jurnalının daimi modellərindən biri idi.
Riva səhər saat 4-də evə girməklə sevgilisi Oskara sürpriz etmək istəyirdi.

Qadının əlində hədiyyə qutusu və çiçək dəstəsi vardı.
Yuxudan ayılan Pisterius pəncərənin arxasındakı kölgəni görəndə qorxuya düşüb və çarpayının yanındakı dolabdan tapançanın çıxararaq atəş açmağa başlayıb.

Oskarla Riva 2012-ci ilin noyabrından bəri görüşürdülər.
Güllələnərək qətlə yetirilməzdən cəmi bir gün əvvəl, dünən Riva Stinkemp Twitter-dəki mikrobloqunda yazmışdı: "Bəs siz sevgilinizə sabah nə hədiyyə edəcəksiniz?"

Həbs olunmuş Oskar Pistoriusla bağlı məhkəmənin ilk iclası bu gün keçirilib.
Polis zabiti Katleqo Moqalenin dediyinə görə, hadisə yerində 9 mm çaplı gilizlər və elə həmin çapda tapança tapılıb.

26 yaşlı Oskar Pisterius 11 aylıq olanda iki ayağı dizdən aşağı kəsilmişdi. Protezlərlə çıxış edən yüngül atlet Paralimpiya Oyunlarında dəfələrlə çempion olub.

2011-ci ildə isə o, 4x400 metr məsafəyə estafetdə dünya çempionatında gümüş medal qazanmışdı.

Oskar Pisterius və Riva Stinkemp iki ay sonra evlənməyə hazırlaşırdılar.
Dünən yayılan məlumata görə, Riva hamiləliyin 3-cü ayında imiş və bu gün axşam Oskar onu Yohannesburqdakı ən dəbdəbəli restorana dəvət edərək nişan üzüyü verməyə hazırlaşırdı.
Oskar Pisterius şokdadır. O, səhər saatlarından bəri bir kəlmə də danışa bilməyib.
Həkimlər ona çox güclü antidepressant inyeksiyaları vurublar.
O da vurğulanır ki, Pisteriusun malikanəsinin arxa bağçasında onun Müqəddəs Valentin Günü münasibətilə Rivaya aldığı yeni avtomobil saxlanıbmış. Porsche markalı həmin maşının açarlarını Oskar bu gün Rivaya hədiyyə etməyə hazırlaşırdı.

Milli.Az