BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət İdarəsi Qurban bayramı münasibətilə tədbirlər keçirib

Bərdə Regional Mədəniyyət İdarəsi Qurban bayramı münasibətilə tədbirlər keçirib

20-08-2018, 18:18
Oxunub: 2 181 Bərdə Regional Mədəniyyət İdarəsi Qurban bayramı münasibətilə tədbirlər keçiribBərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan şəhər və rayon nümayəndəliklərində, o cümlədən Yevlax şəhər nümayəndəliyində Qurban bayramı münasibətilə tədbirlər keçirilib.

Yevlax şəhər Mədəniyyət Mərkəzi tabeliyində olan klub müəssisələri ilə birlikdə 20 avqust 2018- ci il tarixdə Mədəniyyət Mərkəzinin akt zalında “Qurban bayramı İslam Mədəniyyətinə verdiyi mənəvi dəyərlər” adlı ədəbi-bədii tədbir təşkil edib.

Bolgexeber.com bildirir ki,tədbiri giriş sözü ilə Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev açaraq bütövlükdə ”İslam” Mədəniyyətinin fəzilətlərindən danışıb və “Qurban” bayramının mahiyyətindən söz açıb. O, həmçinin, qeyd edib ki, nəinki bayram ərəfəsində bütövlükdə diqqət etsək il boyunca dövlətimiz tərəfindən kimsəsiz uşaqlara, qaçqınlara, fəaliyyət qabiliyyəti məhdud olan şəxlərə yardım göstərilir, onların ailə şəraiti yaxşılaşdırılır. Bu da öz növbəsində dövlətimizin xalqa olan diqqət və qayğısının təcəssümüdür.

Sonra mərkəz tərəfindən hazırlanan vidyo xronika göstərilib və natiqlərin çıxışları dinlənilib. Onlar da öz növbələrində Qurban bayramı münasibətilə tədbir iştirakçıların təbrik edərək, xoş arzularını çatdırıblar.

Tədbirdə rayon ictimaiyyəti, ziyalılar, televiziya və KİV nümayəndələri də iştirak ediblər.

Sonda Eldəniz Mustafayev Xalq şairi Bəxtiyar Vahabzadənin “Fəryad” pyesindən “Allah” şerini söyləyib.
Bərdə Regional Mədəniyyət İdarəsi Qurban bayramı münasibətilə tədbirlər keçirib
Bərdə Regional Mədəniyyət İdarəsi Qurban bayramı münasibətilə tədbirlər keçirib
Bərdə Regional Mədəniyyət İdarəsi Qurban bayramı münasibətilə tədbirlər keçirib