BolgeXeber.Com » Xəbərlər » Cəlilabadda yol tikintisinə 13,7 milyon manat ayrıldı-SƏRƏNCAM

Cəlilabadda yol tikintisinə 13,7 milyon manat ayrıldı-SƏRƏNCAM

20-08-2018, 18:33
Oxunub: 2 355 Cəlilabadda yol tikintisinə 13,7 milyon manat ayrıldı-SƏRƏNCAMPrezident İlham Əliyev “Cəlilabad rayonunun Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (143 km)-Maşlıq-Muğan-Söyüdlü-Kazımabad-Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb

Bolgexeber.com xəbər verir ki, qırx iki min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (143 km)-Maşlıq-Muğan-Söyüdlü-Kazımabad-Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.