BolgeXeber.Com » Gündəm » Azərbaycan polisi - ictimai asayişin və təhlükəsizliyimizin qarantı

Azərbaycan polisi - ictimai asayişin və təhlükəsizliyimizin qarantı

9-01-2019, 14:03
Oxunub: 7 663 Azərbaycan polisi - ictimai asayişin və təhlükəsizliyimizin qarantıTarixə ekskursiya, polisimizin siması...

18 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir. Hələ ötən əsrin 90-cı illərində, Azərbaycanda xaos və anarxiyanın hökm sürdüyü bir ərəfədə polis orqanlarının əməkdaşları öz peşə fəaliyyətlərini layiqincə yerinə yetirirdilər. 1991-ci ildə müstəqillik əldə etmiş Azərbaycan qısa müddət sonra düşmən təcavüzünə məruz qaldı, torpaqlarımız işğal olundu. Həmin vaxt- 1992-1993-cü illərdə mənfur düşmənlərlə döyüşən məhz Azərbaycan polisləri idi. Polisin sıralarında xeyli sayda "Milli Qəhrəman" adına, habelə orden və medallarla təltifə layiq görülənlər vardır. Bu gün də Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara tam uyğunlaşdırılıb. Ölkəmizdə möhkəm hüquqi bazaya malik, fəaliyyəti tam şəkildə xalq-dövlət birliyinin daha da möhkəmlənməsinə yönəlmiş, oturuşmuş polis sistemi mövcuddur. Polislərin cəmiyyətimizdəki rolu əvəzolunmazdır. Təsadüfi deyil ki, mərhum Prezident Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günu kimi qeyd olunur.
Azərbaycan polisi yorulmadan dövlətimizə, xalqımıza xidmət edir. Şübhəsizdir ki, bu gün Azərbaycan polisi dünyanın ən sivil polislərindəndir: hər bir vətəndaş əmindir ki, onun hüquqları qorunur, heç bir cinayətkar qanunu aşağılaya, insan hüquqlarını tapdalaya və qanunsuz addımları ilə cəmiyyətdə ajiotaj yarada bilməz. Əgər bu hallar baş verərsə, Azərbaycan polisi hadisəyə dərhal reaksiya verir, insan- vətəndaş amilini önə çəkərək cinayətkarın məsuliyyətə cəlb olunmasına nail olur. Artıq XX əsrin 90-cı illəri deyil ki, Azərbaycan polisi ilə vətəndaşlarımız arasında dərin bir uçurum mövcud olsun. Xeyr! Bu gün Azərbaycan polisi ilə vətəndaşlarımız arasında dərin inam hissi vardır, eyni zamanda, qanunun qorunması, ictimai asayişin qorunması və təhlükəsizliyimizin təminatı üçün hər bir Azərbaycan vətəndaşı polisə dəstəkdir. Və belə də olmalıdır. Əgər bir çox xarici dövlətlərdə, eləcə də keçmiş postsovet dövlətlərinin bəzilərində polis despot rolunda çıxış edirsə, Azərbaycanda isə sivil qanun keşçisi rolunda çıxış edir.

Hesabatlılıq, yaxud hansı işlər görülür?

Hər il Daxili İşlər Nazirliyində cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilir. DİN-də təkcə 2017-ci ilin kollegiya iclası zamanı Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun çıxışını diqqətlə təhlil etsək görərik ki, Azərbaycan polisi hansı böyük addımları atır. İclasda qeyd olunub ki, Qeyd olunub ki, ölkəmiz cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ötən il də MDB və Avropa məkanında öncül mövqeyini saxlayıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 271-dən 264-ə qədər azalıb. Dünya İqtisadi Forumunun “2017-2018-ci illər üzrə qlobal rəqabətlilik" hesabatına əsasən “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə respublikamız 21 pillə irəliləyərək 137 ölkə arasında 54-cü yerdə qərarlaşması da diqqətəlayiq fakt kimi vurğulanıb. 2017-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26.113 cinayət qeydə alınıb. Onların 93,1 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Bu cinayətlərin 86,3 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 13,7 faizini ağır və xüsusilə ağır növlər təşkil edib. Profilaktik iş sahəsində davam etdirilən tədbirlərlə ötən il cinayətlərin ümumi sayı 2016-cı illə müqayisədə 2,7 faiz, o cümlədən ağır və xüsusilə ağır cinayətlər 9, qəsdən adam öldürmələr 9,5, quldurluqlar 23,6, soyğunçuluqlar 16,6, dələduzluqlar 11,8, hədə-qorxu ilə tələb etmələr 10,5, xuliqanlıqlar 15,1, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 12,5, yol-nəqliyyat hadisələri 8,6, qəzalarda ölənlərin sayı 1,2, xəsarət alanların sayı 14,2 faiz azalıb. Peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılması 3,6, ağır və xüsusilə ağır cinayətlərin açılması 2,8, quldurluqların açılması 8,6, soyğunçuluqların açılması 5,5, hədə-qorxu ilə tələb etmələrin açılması 0,3, oğurluqların açılması 6,4, dələduzluqların açılması 2 faiz yaxşılaşıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlər üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri də davam etdirilərək 418 cinayətin açılması təmin edilib.


Gəncə hadisələri və Azərbaycan polisi

Gəncə şəhər icra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllələnməsindən sonra mənfur terrorçu qruplaşmalar növbəti dəfə terorra əl atdılar. Bu dəfə 2018-ci il iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərdilər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstərdilər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilmiş, qalanları qaçaraq ərazini tərk etmişlər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib. Təəssüflə qeyd etmək lazımdır ki, qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid oldular. Heç şübhəsiz ki, iki yüksək rütbəli polis zabitini qətlə yetirən terrorçular tamamailə zərərsizləşdirildi, Gəncədə asayişin tamamilə bərpa olundu.

Çıxarılan nəticələr...

Son dövrdə ölkəmizdə baş verən xoşagəlməz olaylar bir daha sübut etdi ki, Azərbaycanda dövlət-vətəndaş münasibəltərinə zərbə vurmaq, aparılan uğurlu daxili və xarici siyasətə xələl gətirmək qeyri-mümkündür. Çünki Azərbaycan hüquq-mühafizə orqanları daim ayaq üstündədir. Eyni zamanda Azərbaycan xalqı öz polisinə inanır və ictimai asayişin qorunmasında, cinayətkarlarla mübarizədə, təhlükəsizliyimizin təmin olunmasında polislərimizin ortaya qoyduğu qətiyyət hər bir azərbaycanlının ürəyincədir. Gəncə hadisələri zamanı terroçular, onların himayədarları bir daha əmin oldular ki, Azərbaycanı Suriyaya, İraqa, Əfqanıstana çevirmək mümkün deyildir. Onlar növbəti dəfə gücümüzü gördülər. Cənab Prezident İlham Əliyevin qətiyyəti, iradəsi və böyük dövlət adamı kimi bacarığı ölkəmizdə bütün mənfi tendensiyaları mümkünsüz edir. Dövlət başçısının rəhbərliyi altında Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov əsl dövlət adamı kimi həyata keçirdiyi təqdirəlayiq addımlar da xüsusi olaraq qeyd olunmalıdır.
Qeyd edək ki, Bölgə TV-nin əməkdaşları yaxın zamanlarda Salyan, Biləsuvar,Masallı rayonları və Şirvan şəhərindən,polisin fəaliyyəti ilə bağlı hazırladığı reportajı təqdim edəcək.

Vasif Turan