BolgeXeber.Com » Müsahibə-Reportaj » Heyətdə problemlər olsa da, "Şerif"lə oyuna hazırıq - Qurban Qurbanov

Heyətdə problemlər olsa da, "Şerif"lə oyuna hazırıq - Qurban Qurbanov

23-08-2018, 11:59
Oxunub: 3 940 Heyətdə problemlər olsa da, "Şerif"lə oyuna hazırıq - Qurban QurbanovHeyətdə problemlər olsa da, "Şerif"lə oyuna hazırıq. Trend-in məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

O qeyd edib ki, komandasını meydanda çətin rəqib gözləyir: "Hər iki komandanın avrokuboklarda qrupa qalmaq üçün son şansıdır. Ona görə də hamı bu şansdan istifadə etməyə çalışacaq. Mövsümün əvvəlində hədəfimiz avrokuboklarda qruplara qalmaqdan ibarət idi. Ancaq azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Məğlub olsaq da, buna peşəkarcasına yanaşacağıq".

Baş məşqçi vurğulayıb ki, ötənilki "Şerif"lə builki arasında böyük fərq var: "Komandanın yeni baş məşqçisi var, bu da yeni oyun fəlsəfəsi deməkdir. Daha çox topla oynayan bir komandaya qarşı mübarizə aparacağıq. Emeqaranın olmaması bizim üçün itkidir. Amma biz bu oyuna Emeqarasız hazırlaşmışıq. Heyətdə də, ola bilsin, bir neçə problem var. Buna baxmayaraq oyuna hazırıq".

Xatırladaq ki, "Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk matçında bu gün səfərdə "Şerif"in qonağı olacaq.