Məşhur futbolçu Azərbaycana gəlir
14-02-2013, 21:20
Oxunub: 4 456
Qəbələdə 15 yaşadək futbolçular arasında keçiriləcək II Beynəlxalq Qəbələ Kubokunun iştirakçılarının siyahısına daha biri əlavə olunub.Turnirdə yer almaq üçün dəvət alan Hollandiya təmsilçisi “Feyenoord” rəsmi məktubla II Qəbələ Kubokunda iştirakını təsdiqləyib.
“Feyenoord”un U-15 komandasına hazırda Hollandiya futbol tarixinin ən güclü hücumçularından biri hesab edilən, yaxın keçmişdə bombardirlik keyfiyyətləri ilə dünya futbol ictimaiyyətinin diqqət mərkəzində olan, karyerası boyunca “Deportivo”, “Bavariya”, “Feyenoord” kimi tanınmış klublarda top qovan və bir sıra titullara sahib çıxan Roy Makay başçılıq edir. Gənc mütəxəssis 2010-cu ildən futbolçu karyerasını bitirdiyi “Feyenoord”da akademiya məşqçisi kimi fəaliyyət göstərir.
Qeyd edək ki, daha əvvəl 5 komanda -”Barselona”, “Şaxtyor”, “Beşiktaş”, “Zenit” və “Bakı” turnirdə iştirakını rəsmi şəkildə təsdiqləmişdi. 28 may -02 iyun tarixlərinə baş tutacaq turnirin digər iştirakçılarının adları da yaxın müddətdə müəyyənləşəcək.
İlk turnir 30 may – 04 iyun 2012-ci il tarixlərində “Vilyarreal”, “Levante” (hər ikisi İspaniya), “Qalatasaray” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Bröndbü” (Danimarka), Serbiya yığma komandasının iştirakı ilə baş tutmuşdu. I Qəbələ Kubokunda Azərbaycan “Qarabağ” və “Qəbələ” ilə təmsil olunmuşdu.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər