BolgeXeber.Com » Gündəm » Ən çox şikayət olunan icra başçıları – SİYAHI

Ən çox şikayət olunan icra başçıları – SİYAHI

24-08-2018, 14:18
Oxunub: 6 546 Ən çox şikayət olunan icra başçıları – SİYAHI Məsələnin başqa bir tərəfi ondan ibarətdir ki, vətəndaşların daha çox haqqında müraciət etdiyi və adları açıqlanan bəzi rayonlar bu gün də öz “lider”liyini qoruyub saxlamaqdadır

Bu günə qədər Azərbaycanın bütün rayonlarında iqtisadi-sosial layihələr həyata keçirilib, bölgələrimizin siması tamamilə dəyişdirilib və insanların sosial təminatının möhkəmlənməsi istiqamətində mühüm addımlar atılıb. Dövlət başçısının tapşırığı ilə nazirlər, komitə sədrləri də rayonlara səfər edərək əhali ilə görüşürlər, onların mövcud problemlərinin yerindəcə həll edilməsi üçün müvafiq tapşırıqlar verirlər. Əslində həqiqətən də buna ehtiyac var, ölkənin bir neçə rayonlarda məmur hegemonluğu pik həddə çatıb, yerli icra hakimiyyəti orqanları və icra başçıları ilə vətəndaşlar arasında dərin bir uçurum var. Hələ 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun vətəndaşların müraciətləri ilə bağlı mətbuata verdiyi məlumatlarda insanların daha çox müraciət etdiyi rayonların siyahısı öz əksini tapmışdı. Eyni zamanda vətəndaşların daha az müraciət etdiyi rayonların da siyahısı açıqlanmışdı. Məsələnin başqa bir tərəfi ondan ibarətdir ki, vətəndaşların daha çox haqqında müraciət etdiyi və adları açıqlanan bəzi rayonlar bu gün də öz “lider”liyini qoruyub saxlamaqdadır.
Bolgexeber.com saytı olaraq redaksiyamıza ünvanlanan şikayət məktublarını, ümumi çəkiliş planlarımızı, müraciətlərin sayını və digər mühüm amilləri nəzərə alaraq vətəndaşların daha çox şikayət etdiyi rayonların, icra başçılarının siyahısını hazırlamışıq. Siyahıda obyektivlik tamamilə gözlənilib və bu siyahı bolgexeber.com saytının subyektiv analitik mövqeyi kimi başa düşülməlidir.
Ən çox şikayət olunan icra hakimiyyətləri və icra başçıları:
1. Beyləqan rayonu, icra başçısı Vaqif Abdullayev
2. Ağcabədi rayonu, icra başçısı Şahin Məmmədov
3. Kürdəmir rayonu, icra başçısı Ceyhun Cəfərov
4. Mingəçevir rayonu, baçısı Niyazi Bayramov
5. Ağsu rayonu, başçısı Ənvər Seyidəliyev
6. Astara rayonu, icra başçısı Qəzənfər Ağayev
7. Nəsimi rayonu, icra başçısı Asif Əsgərov
8. Xızı rayonu, icra başçısı Xəzər Aslanov
Apardığımız araşdırmalar onu deməyə əsas verir ki, vətəndaşlar daha çox rayon icra hakimiyyəti və bələdiyyələrin fəaliyyəti, müraciətlərə baxılma, torpaq, Qarabağ münaqişəsi, sosial müdafiə, mənzil, şəhərsalma və tikinti, sənaye, sahibkarlığın inkişafı, qaçqınlar və məcburi köçkünlər, kənd təsərrüfatı, ekologiya və təbii sərvətlər məsələləri və sair mövzularda müraciət edərək şikayətlərini bildirirlər.
Bolgexeber.com