BolgeXeber.Com » Şou-Biznes » Övlad itkisi yaşamış məşhurlarımız – SİYAHI

Övlad itkisi yaşamış məşhurlarımız – SİYAHI

24-08-2018, 16:55
Oxunub: 5 340 Övlad itkisi yaşamış məşhurlarımız – SİYAHIDünyada övlad itkisindən böyük acı yoxdur

Hər bir valideynin arzusu övlad çiynində son mənzilə yola salınmaqdır. Amma bəzən valideynlər övladlarını çiyinlərində son mənzilə yola salırlar. Belə bir acı məşhurlarımızdan da yan keçməyib.
“Ölkə.Az” övlad itkisi yaşamış azərbaycanlı məşhurların bir qisminin siyahısını təqdim edir.

Tanınmış aktyor-rejissor, əməkdar artist Elxan Qasımovun oğlu Samir Qasımov 30 yaşında avtoqəzada həlak olub. Qeyd edək ki, S.Qasımov da rejissorluqla məşğul idi.

Əməkdar artist Zöhrə Abdullayeva da övlad itkisinin acısını yaşamış məşhurlardandır. Sənətkarın gömrük orqanlarında çalışan 46 yaşlı övladı bu il beynin xərçəngindən dünyasını dəyişib. Müğənni bu ağır itkidən sonra səhnə fəaliyyətinə son qoyduğunu açıqlayıb.

Xalq artisti Teymur Mustafayevin oğlu Bakıxan Mustafayev isə on bir il öncə övlad acısı yaşayıb. Sənətkarın oğlu Bakıxan Mustafayev şəxsi avtomobilində baş verən yanğın nəticəsində həyatını itirib.

Tanınmış televiziya aparıcısı Afaq Gəncəlinin oğlu Qədirxan isə 2015-ci ildə qan xərçəngindən vəfat edib.

Məşhur diktor, xalq artisti Şərqiyyə Hüseynovanın qızı Mehriban Əhmədova 2015-ci ildə 44 yaşında beyinə qan sızması nəticəsində vəfat edib. M.Əhmədovanın bir qız övladı var.

“Space” telekanalının xəbərlər proqramının aparıcısı Elvin Basqallının bir yaşlı Fidan bu ilin mart ayında ürək çatışmazlığından dünyasını dəyişib.

Xalq artistləri Roza Tağıyeva və Rafiq Hüseynovun izdivacından dünyaya gələn oğlan uşağını isə 1984-cü ildə-18 yaşında qətlə yetirmişdilər. Həmin vaxt ölkəni şoka salan bu hadisənin ən dəhşətli hadisəni törədən cinayətkar, gənci qətlə yetirməklə kifayətlənməmiş, onun meyitini doğrayaraq çemodana yığmışdı. Məhz bu faciədən bir müddət sonra məşhur cütlük rəsmi şəkildə ayrılmışdı.

Tanınmış aktrisa Kübra Əliyevanın böyük oğlu Rauf Məmmədov isə 2015-ci ildə vəfat edib. Qeyd edək ki, aktrisa bir neçə il öncə də kiçik övladını faciəli şəkildə itirmişdi.

Xalq artisti Səməd Səmədovun il evliliyindən olan Emin adlı oğlu isə bir müddət öncə 24 yaşında dünyadan köçüb.

Xalq artisti Arif Quliyevin oğlu Fərid Quliyev də gənc yaşında dünyaını dəyişmiş məşhur övladlarındandır. Onun vərəm xəstəliyindən vəfat etdiyi bildirilir.

Mərhum xalq artisti Nuriyyə Əhmədova isə həm oğul, həm də qız övladlarının itkisini yaşamışdı.