BolgeXeber.Com » İqtisadiyyat » “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının növbəti ünvanı Hökməli olacaq

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının növbəti ünvanı Hökməli olacaq

24-08-2018, 17:07
Oxunub: 3 630 “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının növbəti ünvanı Hökməli  olacaqƏmlak Məsələləri Dövlət Komitəsinin vətəndaşları əlçatan xidmətlə təmin edən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı kampaniyasının növbəti ünvanı Abşeron rayonu, Hökməli qəsəbəsi olacaq

Belə ki, sakinlər daşınmaz əmlakın bütün növ qeydiyyat xidmətləri ilə bağlı 27-31 avqust tarixlərində saat 09:00-dan 17:00-a qədər Abşeron rayonu Hökməli qəsəbəsi, Babək küçəsi 23 ünvanında (icra nümayəndəliyinin qarşısı) fəaliyyət göstərən komitənin mobil ofislərinə yaxınlaşa bilərlər.

Qeyd edək ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirilən bu sosial kampaniya hazırda Abşeron rayonu, Güzdək qəsəbəsi, Elman Heydərov küçəsində vətəndaşlara xidmət göstərir.

Bolgexeber.com