BolgeXeber.Com » Xəbərlər » Xaləddin İsgəndərovun iki kadrı işdən çıxarıldı

Xaləddin İsgəndərovun iki kadrı işdən çıxarıldı

25-08-2018, 14:34
Oxunub: 2 477 Xaləddin İsgəndərovun iki kadrı işdən çıxarıldıBakının Binəqədi rayonu, Binəqədi rayon Bələdiyyələr şurasının sədri, Binəqədi bələdiyyəsinin xanım sədri Sitarə Cabbarlı ilə müavini Sabir Həsənov işdən çıxarılıb.

Bolgexeber.com minval.info-ya istinadən xəbər verir ki, adları qalmaqallı hadisələrdə hallanan hər iki şəxs ötən gün vəzifədən göndərilib.

Binəqədinin keçmiş icra başçısı olan Xaləddin İsgəndərovun kadrları hesab edilən Sitarə Cabbarlı və Sabir Həsənov vəzifə üstündə tez-tez dalaşıblar.

Xaləddin İsgəndərovun iki kadrı işdən çıxarıldı


Sitarə Cabbarlı barəsində yerli KİV-də yetərincə şikayətlər dərc edilib. Məlumata görə, hər iki şəxsin vəzifədən uzaqlaşdırılmasına səbəb onlar haqqında sakinlərin onlarla şikayət məktubu yazmasıdır.