BolgeXeber.Com » Dünya » Öcalanı İmralıda 700 komandos qoruyur

Öcalanı İmralıda 700 komandos qoruyur

15-02-2013, 09:30
Oxunub: 3 801 PKK terror təşkilatının lideri Abdullah Öcalan İmralı adasında 15 ildir həbsdə saxlanılır. Terrorbaşı Öcalanı İmralıda 700 jandarma komandosu qoruyur. Həbsxanada işləyən həkim, jandarma və digər işçilərdən gördükləri və eşitdikləri barədə heç yerdə danışmamaq üçün yazılı izahat alınır.

Qeyd edək ki, Abdullah Öcalan 1999-cu ildə Keniyada həbs olunaraq ömürlük İmralı həbsxanasına salınıb. İmralıda PKK liderinin aylıq xərci 300 lirədir (133 AZN). Öcalan 15 ildə 2 min 300-ə yaxın jurnal və kitab oxuyub.

Məlumat üçün bildirək ki, Abdulla Öcalan 4 aprel 1949-cu ildə Urfa vilayətinin Ömərli kəndində anadan olmuşdur. Diyarbəkir və Ankara universitetlərində ali idarəçilik təhsili almışdır. 1978-ci ildə 19 nəfər ilə birlikdə Kürdüstan İşçilər Partiyasını yaratmışdır.