BolgeXeber.Com » Gündəm » Bakıda sahibkarlara qarşı görünməmiş fırıldaq edən qadın axtarışda - FOTO

Bakıda sahibkarlara qarşı görünməmiş fırıldaq edən qadın axtarışda - FOTO

9-03-2011, 20:20
Oxunub: 6 146
O, üst-üstə 312.000 dollar mənimsəyib...

Bakının Nizami rayon Polis İdarəsi sahibkarları müflisləşdirən qadını axtarışa verib. Rayon Polis İdarəsindən Bolgexeber portalına verilən məlumata görə, axtarışa verilən Rübabə Quliyeva "Laçın" ticarət mərkəzində görünməmiş dələduzluq edib.

Ticarət mərkəzində çalışan 11 sahibkar Nizami rayon Polis İdarəsinə müraciət edərək dələduzluqla üzləşdiklərini bildiriblər. Zərərçəkən sahibkarların sözlərindən məlum olub ki, həmin ticarət mərkəzində çalışan Rübabə Quliyeva onların etibarından istifadə etməklə külli miqdarda pullarını alaraq mənimsəyib.

İbtidai istintaqa ifadələrində sahibkarlardan Afət Hacıyev 80 min, Ceyhun Sultanov 35 min, Nuriyyə Ocaqquliyeva 43 min, Rüfət Əliyev 24 min, Rədifə Ağayarova 25 min, Eldar Cahangirov 5 min 500, Abbas Səfərov 53 min, Qabil Kərimov 6 min 600, Mahir Nəbiyev 35 min, Şahlar Cəlilov 4 min və Firdovsi Əbilov 1000 ABŞ dollarını R.Quliyevaya verdiklərini bildiriblər.
Ümimilikdə, R.Quliyeva sahibkarlardan 312.000 dollar mənimsəyib.
Faktla bağlı Nizami rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə başlanmış cinayət işinin istintaqı davam edir.