BolgeXeber.Com » Siyasət » ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları qüvvəyə mindi

ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları qüvvəyə mindi

27-08-2018, 12:48
Oxunub: 2 644 ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları qüvvəyə mindiABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları bu gün Bakı vaxtı ilə saat 07:00-dan qüvvəyə minib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Dövlət Departamenti bu gündən Rusiyaya mülki aviasiya və kosmik sahədə ixrac istisna olmaqla, silah və ikitəyinatlı məhsulların ixracı üçün lisenziya verməyəcək.

Eyni zamanda, təcili humanitar yardım, qida və digər kənd təsərrüfatı məhsullarından başqa, ABŞ-ın Rusiyaya istənilən yardımı dayandırılıb.

Moskva ABŞ tərəfinin “istənilən kreditlərindən, kredit zəmanətlərindən və digər maliyyə yardımlarından” məhrum edilib.

Xatırladaq ki, ABŞ hökuməti yeni iqtisadi sanksiyalarla bağlı avqustun 8-də məlumat yaymışdı.