BolgeXeber.Com » Mədəniyyət » “Kənddən gəlib burnunu qoluna silənlər…” – Efirdə yazıçıdan aşağılayıcı sözlər (VİDEO)

“Kənddən gəlib burnunu qoluna silənlər…” – Efirdə yazıçıdan aşağılayıcı sözlər (VİDEO)

27-08-2018, 14:53
Oxunub: 4 241 “Kənddən gəlib burnunu qoluna silənlər…” – Efirdə yazıçıdan aşağılayıcı sözlər (VİDEO)“Space TV”-də yayımlanan “El bizim, sirr bizim” verilişində qonaqlardan biri qalmaqala yol açacaq mövqeyi ilə gündəmə gəlib.

Minval.info xəbər verir ki, proqrama dəvət alan yazıçı Murad Köhnəqala toy məclislərini lentə alan operatorlar barədə aşağılayıcı kəlmələr işlədib.

O, cəmiyyətdə yazılmamış qayda-qanunların müxtəlif şəxslər tərəfindən qoyulduğunu misal gətirib. Yazıçı toy məclislərində bu işi operatorların gördüyünü dilə gətirib:

“Toy kasetlərinə baxırıq ki, hər məclisin fərqli-fərqli qanunları var. Bilirsiniz bunları kim icad edir? Operatorlar – savadsız adamlar. Məsələn, gəlinin yanında kimin harada dayanmasını onlar müəyyən edir. Gəlinin qardaşı filan şey etməlidir və s. Baxdınız? Burada hələ savadsız bir operato… Kənddən çıxıb burnunu qoluna silə-silə gəlib… Cəmiyyətdə də məhz belə insanlar qanunlar qoyur”.

Xatırladaq ki, bundan öncə sosial şəbədəkədə Murad Köhnəqala başqa bir qalmaqallı fikirləri ilə gündəmə gəlib. Onun mövqeyi istifadəçilər arasında etirazla qarşılanıb. Hətta fikirlərinə görə yazıçının ünvanına təhqirdolu sözlər yazanlar olub.