BolgeXeber.Com » Siyasət » Merkel Özilin yığmadan getməsindən danışdı

Merkel Özilin yığmadan getməsindən danışdı

27-08-2018, 16:35
Oxunub: 2 378 Merkel Özilin yığmadan getməsindən danışdıAlmaniya kansleri Angela Merkel “Arsenal”ın yarımmüdafiəçisi Məsut Özilin millidən getməsinə münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə, Merkel bildirib ki, bu məsələdə dəqiq mövqeyi var:

“Hər kəsin Özilin Ərdoğanla fotosuna öz münasibəti var. Lakin bu barədə Özil və ya digər miqrantın danışmasının fərqi yoxdur. Əgər Almaniyadakı miqrantlardan kimsə cəmiyyətdəki pis davranışdan danışırsa, biz bu məsələni diqqətlə öyrənib müzakirə etməliyik”, - Merkel ARD telekanalının efirində deyib.

Kansleri Almaniya prezidenti Frank-Valter Ştaynmayer dəstəkləyib.

O bildirib ki, Almaniyada vətəndaşların birinci və ya ikinci növə bölünməsi olmamalıdır.