BolgeXeber.Com » Şou-Biznes » Məmurun məşuqəsi olmadı, başına oyun açdı - Əməkdar artistdən şok sözlər - VİDEO

Məmurun məşuqəsi olmadı, başına oyun açdı - Əməkdar artistdən şok sözlər - VİDEO

28-08-2018, 11:18
Oxunub: 3 897 Məmurun məşuqəsi olmadı, başına oyun açdı - Əməkdar artistdən şok sözlər - VİDEOƏməkdar artist, “Dəli Kür” filminin Mələyi kimi məşhurlaşan tanınmış aktrisa Zefmira Sadıqova keçmişi ilə bağlı şok faktlar açıqlayıb

Yenicag.az-a açıqlama verən aktrisa bildirib ki, həyat yoldaşı dünyasını dəyişəndən sonra məmurlar tərəfindən təzyiqlərə məruz qalıb. Aktrisa onların məşuqəsi olmaqdan imtina etdiyi üçün onu filmlərə çəkilməyə qoymayıblar:

“Həyat yoldaşım dünyasını dəyişəndən sonra çox ciddi evlilik təklifləri olub, amma qızımın 8 yaşı vardı. Düşündüm ki, qızı olan ananın ərə getməyə ixtiyarı yoxdur. Həyat yoldaşım öləndən sonra mənə pis münasibət vardı. Məmurların tapşırığı ilə Kinostudiyanın direktoru Cəmil Əlibəyov məni bir çox filmlərə çəkilməyə qoymadı. Oqtay Mirqasımov kişi çıxdı, məni filmlərə çəkdi. Həsən Seyidbəyli çəkmək istəyirdi, onu da qoymadılar. Allah ona lənət eləsin. Amma çox filmlərim olardı”.

Məmurun məşuqəsi olmadı, başına oyun açdı - Əməkdar artistdən şok sözlər - VİDEO
Məmurun məşuqəsi olmadı, başına oyun açdı - Əməkdar artistdən şok sözlər - VİDEO