BolgeXeber.Com » Dünya » Rusiya tarixinin ən böyük hərbi təlimini keçirəcək

Rusiya tarixinin ən böyük hərbi təlimini keçirəcək

28-08-2018, 16:58
Oxunub: 2 625 Rusiya tarixinin ən böyük hərbi təlimini keçirəcəkRusiya müdafiə naziri Sergey Şoyqu Leonid Brejnevin dövründən bəri ən böyük hərbi təlimin keçiriləcəyini bildirib. Təlimlərdə 300 min hərbçi və 36 min hərbi texnika iştirak edəcək.

Oxu.Az xəbər verir ki, bununla bağlı “RİA Novosti” məlumat yayıb.

“Onlar “Qərb-81”-i təkrar edəcəklər, ancaq daha genişmiqyaslı olacaq”, - Şoyqu deyib.

Onun sözlərinə görə, “Şərq-2018” adlı təlim sentyabrın 11-dən 15-dək Mərkəzi və Şərq hərbi dairəsinin bütün poliqonlarında keçiriləcək.

Rusiyalı hərbçilərdən başqa, bəzi mərhələlərdə Çin və Monqolustandan olan bölmələr də təlimlərə qatılacaq.

“Qərb-81” təlimi 1981-ci il sentyabrın 4-12-də Belarus, Kiyev və Baltikyanı hərbi dairələrinin ərazilərində, eləcə də, Baltik dənizində keçirilmişdi.