BolgeXeber.Com » Bölgə » Azərbaycanda 5 baldan çox zəlzələ oldu

Azərbaycanda 5 baldan çox zəlzələ oldu

28-08-2018, 17:35
Oxunub: 3 578 Azərbaycanda 5 baldan çox zəlzələ olduZəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, ilkin məlumatlara görə, yerli vaxtla 16:57:14-də Lerik ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5.1, dərinliyi isə 15 km olub.