BolgeXeber.Com » Sosial » Sosial şəbəkələrdə qadınlar niyə daha cazibədar görünməyə çalışırlar? – Elmi araşdırma

Sosial şəbəkələrdə qadınlar niyə daha cazibədar görünməyə çalışırlar? – Elmi araşdırma

29-08-2018, 10:44
Oxunub: 3 177 Sosial şəbəkələrdə qadınlar niyə daha cazibədar görünməyə çalışırlar? – Elmi araşdırmaAlimlər qadınların çoxlu sayda selfi foto çəkdirməsi faktını araşdırıblar.

Sfera.az xəbər verir ki, İngiltərənin Yeni Cənubi Uels Universitetinin alimləri "İnstagram”da 113 min fotonu təhlil edərək "seksual eqoist”lərin artım səviyyəsini müəyyən ediblər.

"Daily Mail”in yazdığına görə, araşdırmanı aparan şəxslər bu davranışın səbəbini qadınların gəlirlərinin az olması və cəmiyyətdən fərqlənmə istəyi ilə əlaqələndiriblər.

Sosioqlar və psixoloqlar müəyyən ediblər ki, təhsil, incəsənət qabiliyyəti kimi istənilən faydalı bacarıqlar yerinə qadınlar sosial şəbəkələrdə görünüşlə fərqlənməyə üstünlük verirlər. Göz qamaşdıran görünüşə malik qadınlar fotolarla gender və maliyyə bərabərsizliyinin üstünü örtməyə çalışırlar. Belə ki, bahalı əşyalar və lüks avtomobillərlə foto çəkdirənlər adətən az miqdarda şəxsi gəliri olan qadınlardır.

Tədqiqatçılar qadınların çox pul qazana bilməməsinin onların psixikasını təzyiq altında saxladığını qeyd edirlər. Bu isə öz növbəsində diqqət cəlb etmək üçün onları sosial şəbəkələrdə daha çox seksual mahiyyətli fotolar paylaşmağa sövq edir.

Biologiya elmləri doktoru Handis Bleyk deyir ki, qadınlar təhtəlşüur səviyyədə fotoları ilə kişilər "cəlb edərək” həyatlarını davam etdirmək istəyirlər.