BolgeXeber.Com » Dünya » Rusiyada hökumət geri addım atdı

Rusiyada hökumət geri addım atdı

29-08-2018, 18:17
Oxunub: 2 697 Rusiyada hökumət geri addım atdıPutin pensiya islahatında yumşalmaya getdi

Rusiya prezidenti Vladimir Putin pensiya islahatının yumşaldacağını bəyan edib. Hakimiyyət qadınlar üçün müəyyən olunan pensiya yaşının qanun layihəsində nəzərdə tutulduğu kimi 63 deyil, 60 yaş olacağını qət edib.

Bu barədə Rusiya prezidenti Vladimir Putin əhaliyə ünvanladığı telemüraciətdə bildirib.

Vladimir Putinin sözlərinə görə, pensiya yaşı kişilər üçün 63 (əvvəlki layihədə 65), qadınlar üçün isə 60 yaş olaraq müəyyən olunacaq.

Rusiya prezidenti söylənilənlərin əksinə, ölkədə pensiya sisteminin sabit qalması üçün büdcədə kifayət qədər vəsait olduğunu deyib.

“Lakin demoqrafik inkişaf sahəsində və əmək bazarında gedən tendensiya, habelə situasiyanın obyektiv analizi göstərir ki, vəziyyət belə davam edə bilməz”,- Putin qeyd edib.

Rusiya prezidentinin sözlərinə görə, dəyişikliklər həm də pensiya ödənişlərinin artırılmasıı zərurətindən irəli gəlib. (ildə cəmi 1000 rubl-red.)

Bundan başqa, Rusiya prezidenti yaxın iki ildə pensioner olmağa hazırlaşan vətəndaşlara yeni müjdə verib. Belə ki, həmin şəxslər göstərilən vaxtdan 6 ay öncə pensiyaya çıxa biləcəklər.

Onu da qeyd edək ki, siyasi ekspertlər Vladimir Putinin cəmiyyətin təzyiqi ilə geri çəkildiyini söyləyirlər. Həmçinin prezidentin reytinqinin iqtidarda olduğu zaman ərzində ən aşağı səviyyələrə enməsinin də hökumətin güzəştə getməsində böyül rol oynadığı bildirilir.

Üstəlik, müxalif lider Aleksey Navalnının pensiya yaşlarının artırılmasına etiraz olaraq sentyabr 9-na təyin etdiyi mitinqin də prosesdə əhəmiyyətli təsiri var.