BolgeXeber.Com » Siyasət » Şamaxının icra başçısı işdən çıxarıldı

Şamaxının icra başçısı işdən çıxarıldı

15-02-2013, 14:30
Oxunub: 4 179 Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov prezidentin sərəncamı ilə vəzifəsindən azad olunub. jurnalistlərə açıqlamasında YAP icra katibinin müavini Siyavuş Novruzov söyləyib.İcra başçısının işdən azad edilməsinə səbəb isə rayon sakinlərinin ötən ilin sonlarında prezident İlham Əliyev və baş prokuror Zakir Qaralova ünvanladığı şikayət məktubudur.

Mətbuatda dərc olunan həmin şikayətdə isə bir çox ilginc məqamlara toxunulurdu. Məsələn, bildirilirdi ki, Şamaxı şəhər 85 saylı seçki komissiyasının sədri təyin olunan Rəcəbov Hüseyn Abdulla oğlu İcra Hakimiyyətinin başçısı Asif Məmmədovla yaxın qohumluq əlaqələrindən sui-istifadə edərək 25-dən çox şəxsi vəzifəyə təyin etdirib. Məlumatlarda bildirilir ki,100 min manatdan çox pul məhz Hüseyn Rəcəbovun əli ilə icra başçısına ötürülübmüş.

Həmçinin şikayətçilər icra başçısının rayonda yox, əsasən Türkiyədə vaxt keçirdiyini bildirmişdilər.

A.Məmmədovun vəzifədən azad edilməsində məhz sakinlərin şikayəti və Maliyyə Nazirliyinin rayonda apardığı yoxlamalar zamanı aşkar edilən maliyə pozuntularının əsas rol oynadığı vurğulanır.