BolgeXeber.Com » Sosial » Azərbaycanda araq içən uşaqların görüntüləri yayıldı - VİDEO

Azərbaycanda araq içən uşaqların görüntüləri yayıldı - VİDEO

30-08-2018, 16:22
Oxunub: 3 397 Azərbaycanda araq içən uşaqların görüntüləri yayıldı - VİDEOSosial şəbəkədə Azərbaycanda 7-11 yaş aralığında olan uşaqların içki süfrəsində olan görüntüsü yayılıb.

Oxu.Az xəbər verir ki, yayılan videoda onların araq içdiyi əksini tapıb.

Kriminal aləmdə olan “qardaş”larının şəninə sağlıq deyən bu uşaqların alkoqollu içki qəbul etməsi isə sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Qeyd edək ki, analoji hadisə video şəklində yayılmasa da, bir çox bölgələrimizdə təkrarlanır. Bəzi valideynlər, xüsusilə də, oğlan övladına daha çox dəyər verən atalar, övladlarının spirtli içki qəbul etməsini normal qarşılayıb, bunu “kişilik” simvolu hesab etdiyinə görə onların içkiyə olan marağı artır.

Həmin görüntüləri təqdim edirik: