BolgeXeber.Com » Ölkə » Prezidentin köməkçisi icra başçısının işdən çıxarılmasının səbəbini açıqladı

Prezidentin köməkçisi icra başçısının işdən çıxarılmasının səbəbini açıqladı

30-08-2018, 18:18
Oxunub: 2 556 Prezidentin köməkçisi icra başçısının işdən çıxarılmasının səbəbini açıqladıPrezident İlham Əliyevin sərəncamına əsasən Gədəbəy rayon İcra Hakimiyyətinin yeni başçısı təyin olunan İbrahim Mustafayev kollektivə təqdim edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, mərasimdə Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev və rayon struktur təşkilatların rəhbərliyi iştirak edib.

Prezidentin köməkçisi icra başçısının işdən çıxarılmasının səbəbini açıqladı

İbrahim Mustafayev

Prezidentin köməkçisi ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan əsas hədəflərə nail olmaq üçün rayon icra hakimiyyətinin kollektivinə müvafiq məsləhət və tövsiyyələrini verib. Zeynal Nağdəliyev onu da bildirib ki, keçmiş icra başçısı Ramiz Yediyarov işində yol verdiyi ciddi nöqsanlara və sahibkarlığın inkişafına mane olduğu üçün vəzifəsindən azad edilib.
Prezidentin köməkçisi icra başçısının işdən çıxarılmasının səbəbini açıqladı

Qeyd edək ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Yediyarov keçmiş vergilər naziri Fazil Məmmədovun yaxın adamı hesab edilirdi.