BolgeXeber.Com » Prezident İlham Əliyev Qırğızıstan və Malayziya dövlət başçılarını təbrik edib

Prezident İlham Əliyev Qırğızıstan və Malayziya dövlət başçılarını təbrik edib

30-08-2018, 18:27
Oxunub: 2 284 Prezident İlham Əliyev Qırğızıstan və Malayziya dövlət başçılarını təbrik edibAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekova təbrik məktubu ünvanlayıb.

Təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın qarşılıqlı maraqlarına uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qırğızıstan xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malayziyanın XV Ali Başçısı Əlahəzrət Sultan V Məhəmmədə təbrik məktubu ünvanlayıb. Təbrik mətnində deyilir:

"Əlahəzrət,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Malayziya münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Malayziya xalqına daim sülh və rifah arzulayıram".