BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda TV və radio yayımı 9 saat dayandırılacaq

Azərbaycanda TV və radio yayımı 9 saat dayandırılacaq

31-08-2018, 13:36
Oxunub: 2 319 Azərbaycanda TV və radio yayımı 9 saat dayandırılacaqAzərbaycanın efir məkanında sentyabrın 3-ü kompleks profilaktika keçiriləcək.

Bolgexeber.com xəbər verir ki, bununla əlaqədar telekanal və radioların yayımı həmin gün saat 06:00-dan 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2018-ci ilin cədvəlinə əsasən bu, ikinci profilaktikadır. Növbəti profilaktika isə dekabrın 3-də keçiriləcək.