BolgeXeber.Com » Xəbərlər » Gömrük şefi Astara getdi, amma bu problemlərə heç toxunmadı da... - FAKT

Gömrük şefi Astara getdi, amma bu problemlərə heç toxunmadı da... - FAKT

31-08-2018, 15:01
Oxunub: 3 050 Gömrük şefi Astara getdi, amma bu problemlərə heç toxunmadı da... - FAKTDünən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ən “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılış vəziyyətini yoxlayıblar

Rəsmi xəbərdə deyilirdi ki, 2018-ci ilin 10 may tarixindən etibarən sutkalıq fasiləsiz rejimdə fəaliyyət göstərən “Astara” dövlət sərhədindən buraxılış məntəqəsindəki mövcud vəziyyət, Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin yerli bölmələrinin qarşılıqlı fəaliyyətinin tənzimlənməsi məsələləri müzakirə edilmiş və vəzifəli şəxslərin məruzələri dinlənilib.
Səfər Mehdiyevin Astara gömrüyünə səfəri və vətəndaşların artan zülmü –
Deməli sahibkarlar, vətəndaşlar bu keçid məntəqəsində bundan sonra hansısa islahatlar aparılacağına ümid etməli idilər. Amma elə bu gün sosial şəbəkələrdə Səfər Mehdiyevin səfər etdiyi Astara gömrüyündə insanların, sahibkarların necə aldadıldığına dair faktlar geniş müzakirə edilib. Gundeminfo.az xəbər verir ki, Astara gömrüyündə insanlara təklif edilən əlaqə vasitələri, vətəndaşların müraciətləri ilə bağlı rəsmi telefon əlaqələrinin heç biri işləmir. Vətəndaşlar burada gömrük işçiləri ilə heç bir əlaqə qura bilmədiklərini iddia ediblər. Narazılıqlar arasında ümumiyyətlə Dövlət Gömrük Komitəsinin rəsmi saytındakı Astara Gömrük Keçid Məntəqəsinin əlaqə üzrə telefonlarının təyin edilmədiyi, işləmədiyi söylənilir.
RƏSMİ ƏLAQƏLƏR ÜÇÜN TELEFONLAR VƏ QƏBUL BU LİNKDƏ
Gömrük şefi Astara getdi, amma bu problemlərə heç toxunmadı da... - FAKT


Gömrük şefi Astara getdi, amma bu problemlərə heç toxunmadı da...

Əməkdaşlarımız da apardıqları araşdırma zamanı DGK-nin rəsmi internet saytında yerləşdirilən Astara Gömrük Keçid Məntəqəsinin qəbul şöbəsinə və rəisinə telefon açmaq istəsələr də, nömrələrin işləmədiyinin şahidi olublar.

Görünür Səfər Mehdiyevin Astaraya səfərindən sonra ümumiyyətlə qərar veriblər ki, vətəndaş və sahibkarlarla bütün təmasları qapamaq lazımdır. Hər halda görünən fakt budur. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.