BolgeXeber.Com » Dünya » Moskva metrosunda yenilik: sərnişinlərə bu cür xidmət göstərilir

Moskva metrosunda yenilik: sərnişinlərə bu cür xidmət göstərilir

31-08-2018, 15:28
Oxunub: 3 004 Moskva metrosunda yenilik: sərnişinlərə bu cür xidmət göstərilirMoskva metropoliteni daha bir yeniliyə imza atıb.

Qaynarinfo xəbər verir ki, Mosvanın bir çox metro stansiyalarında sərnişinlər üçün elektron kitabxana fondu yaradılıb.

Fondda rus və xarici yazıçıların əsərləri yer alıb. Sərnişinlər mobil telefonlar üçün nəzərdə tutulan xüsusi proqram təminatına daxil olaraq, telefonun kamerası vasitəsilə kitabın üzərindəki QR kodunu oxudub, istədikləri kitabı yükləyə və yol boyu oxuya bilərlər.

Sözügedən xidmət avqustun 30-dan etibarən sərnişinlərə təqdim edilib.
Moskva metrosunda yenilik: sərnişinlərə bu cür xidmət göstərilir

Yeraltının kitab xəzinəsindən 100-dən çox yazıçının əsərləri toplanıb.

Layihəyə "Metro kitablar" adı verilib. Hazırda 13 stansiyada elektron kitabxana yaradılıb.

Metropolitendən verilən məlumata görə, bu layihə yaxın zamanlarda bütün stansiyaları əhatə edəcək.

Qeyd edək ki, Moskva metrosunda bu tip layihələr ilk dəfə deyil ki, gerçəkləşdirilir. Daha öncə isə musiqi ili ərəfəsində metronun bütün stansiyalarında vaxtaşırı məşhurların konserti təşkil edilmişdi.