BolgeXeber.Com » Dünya » Xalq artistinin 10 milyard sərvəti kimə qalacaq?

Xalq artistinin 10 milyard sərvəti kimə qalacaq?

31-08-2018, 18:05
Oxunub: 3 882 Xalq artistinin 10 milyard sərvəti kimə qalacaq?SSRİ xalq artisti, Rusiya Dumasının deputatı İosif Kobzon vəfat edəndən sonra diqqətlər onun mirasına yönəlib.

Axşam.az xəbər verir ki, 81 yaşlı müğənni ölməzdən əvvəl yaxınlarına dəfn olunması ilə bağlı vəsiyyət edib. O, dəbdəbli yerdə dəfn olunmaq istəməyib və anasının yanında basdırılmağı vəsiət edib. Mərhumla vida mərasimi bazar günü səhər saatlarında keçiriləcək. Mərasimin ardından isə Kobzon ailə qəbiristanlığında dəfn olunacaq.

Məşhur müğənni dünyasını dəyişəndən sonra onun mirasının necə olacağı ilə bağlı müxtəlif xəbərlər yayılıb. Məlum olub ki, Kobzonun 10 milyard rubl (250 milyon manat) dəyərində sərvəti var.

Müğənni hər zaman ən varlı sənətkar olub. Onun 2016-cı ildə təkcə deputat vəzifəsindən qazandığı pulun miqdarı 45,57 milyon rubl (1,1 milyin manat) olub. 2015-ci ildə isə o, 99,13 milyon rubl (2,4 milyon manat) gəlir əldə edib.

Müğənni bir dəfə açıqlamasında bildirib ki, beş bina, 5 torpaq sahəsi, 3 böyük villaya sahibdir. Bir ədəd böyük bağ evi isə Bakovka əyalətində yerləşuir. Hər tərəfi mühafizəçilərlə dolu olan bağda ifaçının ailəsi yaşayır. Bu bağda üç böyük villa var. Onun təkcə bu evinin qiyməti 400 milyon rubldır (9,9 milyon manat). Kobzonun eyni zamanda Yeni Arbatda ikimərtəbi tikililərdən ibarət penthausu olub. İndi bu mənzilin qiyməti 500 milyon rubl (12 milyon manat) edir. Kobzonun eyni zamanda avtomobilləri də qalıb. Onlardan biri də dəyəri 10 milyon rubl (249 min manat) olan “Mercedes Maybach”dır. Onun banklarda isə 2 milyard rubla qədər pulu var.

Kobzon öz mülkünü varisləri – xanımı və iki övladı arasında bölüb.