BolgeXeber.Com » Dünya » Öldürülən Zaxarçenkonu o əvəz edəcək - Yeni rəhbərin adı bilindi

Öldürülən Zaxarçenkonu o əvəz edəcək - Yeni rəhbərin adı bilindi

1-09-2018, 10:17
Oxunub: 2 323 Öldürülən Zaxarçenkonu o əvəz edəcək - Yeni rəhbərin adı bilindiQondarma Donetsk Xalq Respublikasının yeni rəhbərinin adı bəlli olub.

Axar.az xəbər verir ki, bu barədə qondarma rejimin Xalq Məclisinin sədri Denis Puşilin məlumat yayıb. O, qondarma rejim rəhbərinin səlahiyyətlərini bundan sonra Baş nazirin müavini Dmitri Trapeznikovun icra edəcəyini bildirib.

Qeyd edək ki, Trapeznikov əslən Krasnodardandır. O, Donbas savaşının əsas iştirakçılarından biri olub.

Dünən qondarma rejimin lideri Aleksandr Zaxarçenko “Separ” restoranında partladılaraq məhv edilib.