BolgeXeber.Com » Siyasət » XİN-dən “Mxitaryan” açıqlaması

XİN-dən “Mxitaryan” açıqlaması

1-09-2018, 16:16
Oxunub: 2 312 XİN-dən “Mxitaryan” açıqlamasıBiz futbol proseslərini qabaqlamaq istəməzdik

Sözügedən komandaların tərkibi ilə bağlı məlumat daxil olduqdan sonra məsələyə baxılıb, konkret münasibət bildirilə bilər.

Bunu açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıya - “Qarabağ”la oyuna gəlməsinə rəsmi Bakının icazə verib-verməyəcəyi məsələsinə münasibətini bildirərkən deyib.

XİN sözçüsü deyib ki, Azərbaycan dünyanın idman ölkəsidir və ölkəmizdə keçirilən beynəlxalq səviyyəli idman yarışlarında Ermənistan vətəndaşlarının, o cümlədən, digər ölkələrin erməni əsilli vətəndaşlarının iştirakı dəfələrlə baş tutub.

“Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər isə sırf hüquqi məsələdir”, - deyə H.Hacıyev əlavə edib.