120 dünya lideri Bakıda toplaşacaq
1-09-2018, 18:04
Oxunub: 2 705
Azərbaycan üzv dövlət kimi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) 2018-ci ilin ikinci yarsından sədrlik funksiyasını həyata keçirir
Ona görə Azərbaycan bu ilin dekabr ayında bu xətlə QDİƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısına ev sahibliyi edəcək.
Bunu açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
XİN rəsmisi bildirib ki, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına – dünyanın 120 ölkəsinin təmsil olunduğu bir təşkilata sədrlik funksiyasını yerinə yetirəcək.
“Sədrlik funksiyası çərçivəsində Hərəkatın 18-ci sammiti gələn ilin aprelində Bakı şəhərində keçiriləcək. Bu sammitə 120 ölkənin dövlət və hökumət başçıları qatılacaq. Onu da xatırladım ki, sədrliyə hazırlıq prosesinin tərkib hissəsi kimi bu ilin 2-6 aprel tarixlərində Azərbaycan Hərəkatın xarici işlər nzirlərinin aralıq toplantısına ev sahibliyi etdi, orada yekun bəyanat qəbul olundu.
Nəzərə almaq lazımdır ki, bu Hərəkat BMT-dən sonra dünya dövlətlərinin cəmləşdiyi və çox geniş bir coğrafiyanı əhatə edən ən böyük beynəlxalq formatdır. Azərbaycan bu qurumun üzv dövlətlərindən biri kimi onun ən fəal üzvlərindəndir”, – deyə H.Hacıyev əlavə edib.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər