BolgeXeber.Com » Siyasət » Ərdoğan: Biz heç kimdən icazə almaq fikrində deyilik

Ərdoğan: Biz heç kimdən icazə almaq fikrində deyilik

2-09-2018, 14:03
Oxunub: 3 687 Ərdoğan: Biz heç kimdən icazə almaq fikrində deyilikTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, ölkəsi Rusiyadan C-400 zenit-raket qurğularını almaq üçün heç kimdən icazə istəmək fikrində deyil.

Bolgexeber.com-un “Milliyet”ə istinadla verdiyi xəbərə görə, Türkiyə lideri qeyd edib ki, ölkə iqtisadiyyatda, xüsusən də müdafiə sənayesi sahəsində müstəqilliyə can atır.

“Biz Rusiya ilə C-400 qurğularına dair saziş imzalamışıq. Bəziləri bundan narahatdır. Bağışlayın, amma biz heç kimdən icazə almaq fikrində deyilik”, - Ərdoğan deyib.