BolgeXeber.Com » Müsahibə-Reportaj » “Pislər kal armud kimi həm mədəniyyətin, həm də xalqın boğazında ilişib qalıblar”

“Pislər kal armud kimi həm mədəniyyətin, həm də xalqın boğazında ilişib qalıblar”

4-09-2018, 09:52
Oxunub: 5 637 “Pislər kal armud kimi həm mədəniyyətin, həm də xalqın boğazında ilişib qalıblar”Dünən Azərbaycanın xalq artisti, aktyor, rejissor, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, mərhum Yaşar Nurinin doğum günü idi

Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakı şəhərində tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. O, uzun sürən xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də dünyasını dəyişib.

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Moderator.az -a açıqlamasında sənət dostlarının belə tez dünyadan köçməsinə təəssüfləndiyini bildirdi:

“Yaşar Nurini bu gün yada saldığınız üçün sizə təşəkkür edirəm. Biz onunla bir məhlədə böyümüşük. “Böyük sənətkarlar yaranır az-az, hər yerdə, hər zaman inci tapılmaz”. Çox təəsüflər olsun ki, Səməndər Rzayev, Ceyhun Mirzəyev, Yaşar Nurilər böyük bir sənət nümunəsidir, amma tez dünyalarını dəyişib bizi yetim qoyurlar. Yaşar Nuri ilə bir məhlədə böyümüşük, universitetdə isə məndən iki il aşağı kursda oxuyub, uzun illər atası və özüylə birlikdə işləmişik. Bundan başqa uşaqlarımız da eyni məktəbdə oxuyurdular və ailəvi dost idik. Allah-təala yaxşılar aparır bu dünyadan, pislər isə kal armud kimi həm mədəniyyətin, həm də xalqın boğazında ilişib qalıblar. Hamısının ruhları şad olsun”.