BolgeXeber.Com » Siyasət » Azərbaycanın “qara siyahı”sı - Jurnalistlər, müğənnilər, heykəltəraşlar, fotoqraflar -710 NƏFƏR
Azərbaycanın “qara siyahı”sı - Jurnalistlər, müğənnilər, heykəltəraşlar, fotoqraflar -710 NƏFƏR
4-09-2018, 16:57
Oxunub: 2 553
“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan İngiltərənin “Arsenal” futbol klubunda çıxış edən erməni futbolçu Henrix Mxitaryanın Bakıya gəlib-gəlməyəcəyi maraq doğurur.
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İngiltərənin “Arsenal” klubunun erməni futbolçusu Henrix Mxitaryanın “Qarabağ”la oyuna gəlməsinə rəsmi Bakının icazə verib-verməyəcəyi məsələsinə münasibət bildirib.
XİN sözçüsü deyib ki, Azərbaycan dünyanın idman ölkəsidir və ölkəmizdə keçirilən beynəlxalq səviyyəli idman yarışlarında Ermənistan vətəndaşlarının, o cümlədən, digər ölkələrin erməni əsilli vətəndaşlarının iştirakı dəfələrlə baş tutub.
“Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər isə sırf hüquqi məsələdir”, - deyə H.Hacıyev əlavə edib.
Qeyd edək ki, Henrix Mxitaryanın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edən şəxslər arasında olsa da, onun adı Azərbaycan Xarici İşlər Nazirliyinin “arzuolunmaz şəxslər siyahısı”nda yoxdur.
Azərbaycan XİN illərdir Dağlıq Qarabağa rəsmi Bakıdan icazə almadan qanunsuz səfər edən əcnəbiləri “qara siyahı”ya salır.
Bu siyahıda olan şəxslər ölkəmizdə “arzuolunmaz şəxslər” sayılırlar. Təəssüf ki, çoxsaylı xəbərdarlıqlara baxmayaraq, regiona icazəsiz səfər edənlərin sayı az deyil.
XİN-in hazırki siyahısında dünyanın müxtəlif ölkələrindən 179 jurnalist, 15 bloger, 12 musiqiçi, 6 tədqiqatçı, 1 alpinist, 2 mühəndis, 9 heykəltəraş, 12 fotoqraf olmaqla 710 nəfər yer alıb.
“Qara siyahı”ya 8 nəfər Türkiyə, 172 nəfər Rusiya, 42 nəfər Fransa vətəndaşının da adı düşüb.
Xarici İşlər Nazirliyi Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmək istəyən şəxslərlə bağlı mütəmadi olaraq xəbərdarlıqlar edir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə